Hava çox dumandı İlahi gören qarmı yağacaq yoxsa yağış?
Ay gözəl qar bu gün sən yox izin ver yağış yağsın.
Aha sanki gözəl Allahım məni eşitdi.Mən sevindim xəyallarım gerçək oldu....
Yağış məni nağıllar aləminə apardı...Hər kəsdən qaçıb yağış altında
islandım.Damla damla yağış yağdı qəlbimə...Yağışın pıçıltısından belə
hiss etdim ki məni də yağış istəyirmiş..Həzin -həzin aram aram yağdı
yağış yollara...Mən xəyallara dalaraq sevdiyimin əllərindən tutaraq
dəniz kənarında,hər kəsdən uzaqda sən və mən olan bir yerdə ,
yağışın yağmasını,denizin dalğalanmasını,qagayıların səs-səs verib uçmasını
necedə gözəl seyr edirik.Məni elə bil sehirli dünyaya apardı...
Əllərim əlində, gözlərim gözündə,başım senin çiyinlərin üstə bu anlar
necde xoş duyğulardı ay Allah.Yağış mənə həzin nəğmə çalırdı..
Sənninlə yağış altında rəqs etmək ,səninlə gələcəkdən danışmaq
necede gözəl olurmuş.Yağışı duymaq yağışı hiss etmək,
Olmayan bir sevgi üçün xəyallar belə qurmağın özüdə başqa bir aləmmiş...
Yadıma anamın sözü düşdü:
Qızım sən heç bilirsənmi ki,niyə yağışı sevirsən?
Yox ana hardan bilim
Gözəl qızım sən anadan olanda bax belə həzin yağış yağırdı göydən yerlərə.Nur ələdi bizim ailəmizə.Bizə Sans Mələyi ,gözəl qızımız Səmamız dünyaya gəldi.Biz sənə ona görə də Səma ismini verdik.
Doğrudan Ana!!!
Hə mənim şıltaq,dəcəl balam.Mən səni çox istəyirəm,sən də yağışı.Mənim yağışla gələn Şirin səkər bal qızım.
Hə...... İndi bildim ki mən nə üçün yağışı sevirəm.İndi bildim ki mən yağışdan ilham alıb canlanıram..
Yağış yağır sanki mənim qəlbimə
Sevgi damır o yağdıqca könlümə
Həsrət qoyma yağış məni özünə
Yağ ömrümə xoşbəxt olum sənilə
Son baharda yağan yağış...Sən gəl mənim ömrümə....
Yağışla gələn qızı..... Sən sevindir bax belə