Əsgərlik lətifələri

Son güncelleme: 04.11.2011 09:37
  • Lətifələr - Əsgərlik lətifələri

    Əsgər Həsənov tabor komandirə yaxınlaşır:
    Mən evə getməliyəm, arvadım doğmalıdır.
    Komandir onu buraxır. Bir həftə sonra əsgər Həsənov qayıdır.
    Hə, nə oldu? Oğlan oldu , yoxsa qız?
    Yoldaş Kapitan doqquz aydan sonra bilərik...

    Matros səni niyə sualtı qayıqdan qovdular?
    İsti idi yatanda pəncərəni açıq qoymuşdum.

    Mayor döyüşçünü yanına çağırır:
    Sıravi Məmmədov, axirət həyatına inanırsan?
    Xeyir yoldaş mayor
    Amma inanmalısan Məmmədov
    İki həftə əvvəl dəfninə getdiyin nənən səni nəzarət-buraxılış məntəqəsində gözləyir...

    Hərbi komissarlıqda:
    Cavan oğlan, vətənə borcunuzu ödəmək istəyirsiniz?
    Bəli, istəyirəm. Nə qədər borcum var?

    N saylı hərbi hissənin komanderi polkovnik Nəcəfov əsgərlərin birindən soruşur
    Yoldaş əsgər, tank nədi?
    Tank qəzəblənmiş traktordur, yoldaş polkovnik!!!!

    Komandir bölüyə hücum əmri verir və əsgərlər "urrrraaa" deyib hücuma keçirlər. Bir əsgər isə " urrrraaa " deyib geri qaçır.
    Komandir qışqırır:
    Dayan, qorxaq, hara qaçırsan?
    Yoldaş baş leytenant, mən qorxaq deyiləm. Bu, mənim taktiki manevrimdi. Yer kürəsini dolanıb düşmənin arxasına keçəcəm.
#04.11.2011 09:37 0 0 0