Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini pozmaqda davam edirlər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, düşmən bölmələri noyabrın 16-da saat 00.12-dən 00.15-dək Füzuli rayonunun Qorqan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.