Sirkəyə qoyulmuş yaşıl pomidor və bolgar istiotu

Son güncelleme: 16.11.2011 16:47
  • Sirkəyə qoyulmuş yaşıl pomidor və bolgar istiotunun terkibi ve hazırlanması

    noimage
    noimage

    Balaca yaşıl pomidor

    Bolqar istiotu

    Sarımsaq

    Keşniş

    Şüyüd

    Nanə

    Duz

    Şərab sirkəsi

    Göyərtini yuyub, doğrayın. Doğranılmış sarımsağı göyərtiylə qarışdırın, duz əlavə edin.

    Bolqar istiotunun başlığını (papaq kimi) kəsin, amma axıradık yox. Tumlardan təmizləyin. Qaynar duzlu suda 5 dəq pörtün. Suyunu süzüb soyudun. İçini doldurub bankaya yığın, üzərinə sirkə tökülür. Bankanı bağlayıb soyuq yerə qoyun. 1,5 aya badımcanlar yetişir.

    Orta ölçülü yaşıl pomidor da istiot kimi eyni hazərlanır. Pomidorun saplağı birləşdiyi yer papaq şəklində kəsilir və içi çıxarılır. Amma bu içi tullamayın, kənara qoyun. Pomidoru hazırlanmış içlə doldurun və kəsilən papağı iylə örtün. İçi doldurulmuş pomidor cərgə ilə şüşə bankanın içinə yığılır. Bankaya heç bir şey əlavə etməyin. Pomidor öz şirəsini buraxacaq. Bankanı soyuq yerə qoyun. 1,5 aya badımcanlar yetişir.

    Nuş olsun!
#16.11.2011 16:47 0 0 0