Samir Cavadzadə məhkəməsiz azadlığa buraxıldı

Son güncelleme: 23.11.2011 09:13
  • noimage

    Azərbaycanı "Eurovision-2008" Mahnı Müsabiqəsində təmsil etmiş müğənni Samir Cavadzadə sərbəst buraxılıb.

    Bakı şəhəri Nəsimi rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, noyabrın 21-də S.Cavadzadə Prokurorluq binasından buraxılıb. Onun məhkəmə qarşısına çıxarılmasına ehtiyac olmayıb.

    Qeyd edək ki, S.Cavadzadə ölkəni tərk etmək istədiyinə görə noyabrın 20-də hava limanında saxlanılaraq, Nəsimi rayon Polis İdarəsinə gətirilib. S.Cavadzadə bu il sentyabrın 20-də Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, 32 ünvanında dostu Elvin Hüseynovu bıçaqladığına görə barəsində Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş başlanılıb.

    Nizam RZA
#23.11.2011 09:13 0 0 0