Binanın divarlarının qalınlığı 5 metrdir. Bu binanı keçmişdə düşmənlərə qarşi
qoruyucu vasitə kimi işlədirlərmiş. O ki, qaldı nəyə görə Qız Qalası çün
ki, düşmənlər heç cür buranı dağıda bilmirlərmiş və heç cür hücuma keçə
bilmirlərmiş. Ona görə necə deyərlər bu bina saf, təmiz bir qıza
bənzədildiyinə görə adını Qız Qalası qoyublar. Qız Qalasının tam yaşı
aydın deyil. Ancaq dəqiq onu bilirik ki, Qız Qalasının yaşı Bakının
yaşından çoxdur. Belə ki, Qız Qalasının təxminən 2400-2500 yaşı var. Bu
qala Bakının ən dərin öyrənilmiş qalasıdır. Qız Qalası iki hissədən
ibarətdir: İbadət zalı və Atəşgah zalı. Bu qalanın təməlini millətcə
ərəb olan Ibn Al Abid qoyub və lahiyələşdirib. Əvvəllər Qız qalası
ətrafında balaca evlər var imiş elə bu tikililərdə o evlərin altında
qalıblarmış. Deməli qalanın yanındakı örtülü bazar imiş, ona paralel
olan isə hamam imiş. Bu hamamın da üstündə çoxlu evlər var imiş. Ancaq
illər keçdikdən sonra bunların hamısı sökülərək üzə yeni tikililər
çıxdılar bu tikililər təxminən XII əsrdən qalıblar. Sonra burada quyular
var ki, o quyuların sayı çox idi. Ancaq bəzi səbəblər üzündən yalniz
görünüş üçün birini saxlayıblar. Qalanın birinci mərtəbəsində ki
pilləkən əvvəllər heç olmayıb. Burada olan pilləkən asma pilləkən olub
onu da elə ediblər ki, düşmən gələndə çəksinlər. Ancaq özləri işlətmək
üçün buraxırlarmış. Gördüyünüz kimi üçüncü mərtəbədə su quyusu var. Bu
quyudan yaxşı təmiz su çıxarmış. Bu quyunun dərinliyi 24 metrdir, ancaq
vaxt keçdikcə bu quyunun içi zibillənib ona görə artıq oradan su
çıxarmaq mümkün deyil. Onuda deyim ki, bu kəhriz dəniz səviyyəsindən
yuxarıdır. Ancaq oradan duzlu yox məhs təmiz su çıxarmiş. Deyilənlərə
görə bu qalanın adı Qız Qalasıdır ancaq qalada elə bir şey yoxdur ki,
qadını və yaxud qızı xatırlatsın. Qalanı heç qız barəsində fikirləşmədən
tikiblər belə ki, o vaxtlar yalnız onlara qorunacaq lazım idi ve onlar
bunu fikirləşərək belə bir bina tikməyi qərar verdilər. Bu qala Xəzər
dənizinin altında heç vaxt olmayıb. Xəzər bu qalaya öz ləpələri ilə
çırpılırmış. Qala iki hissədən ibarətdir. Biri yumuru şəkildə, o biri
isə bir dalğa şəkilində. Dalğa formada olan tərəf qalanın dayağı olub.
Çünki, qala çox böyük daşların üzərində tikilib. Abidənin balaca
pəncərələrdən isə hava almaq üçün istifadə olunurmuş. Belə ki, qalanın
heç bir yerindən hava keçmirmiş. Bunun üçüni bu balaca pəncərələr
açılıb. Qalanın hündürlüyü 29.5 metrdir.