Quran Hikmət Nemətinin Örtüyü

Son güncelleme:
  • Quran Hikmət Nemətinin Örtüyü dini yazısı

    noimage

    Bismillahir-Rəhmanir-Rəhim!
    Bütün mövcud olan əşya və nemətlərin özünə məxsus bərk, yumşaq, zərif qabıq örtükləri və müxtəlif açılma üsulları vardır. Bu üsullarla bütün məhsulların örtüklərini açıb istifadə edirlər. "Quran-i Kərim"in də xeyir-bərəkət məhsulları hərflərinin içindədir. Həzrət Əli (ə) belə buyurmuşdur:

    - Dörd kitab "Quran-i Kərimdə", Quran-i Kərim "Ümmül-Kitabda" (yəni, "Fatihə" surəsində), Fatihə surəsi "Bəsmələdə" (yəni, Bismillahir-Rəhmanir-Rəhimdə), Bəsmələ "B" hərfində, B hərfi isə onun altındakı nöqtədə cəm olmuşdur. O nöqtə isə MƏNƏM!
    Quranın hərfləri öz xeyir-bərəkəti ilə dolu vərəqlərin arasında gül kimi bükülmüş, yumulmuş halda susub, içərisindəki xeyir-bərəkət nurunun açılmasını, kiminsə üstünə, ətrafına səpələnməsini gözləyirlər. Quran-i Kərimin açılma üsulu insanın dilidir. İnsanlar Quran-i Kərim və dualar oxuduqca ayələrin hikmət pərdəsi açılar. Quranı və duaları da çox oxuyanda hikmət xeyirləri və faydaları öz-özünə hərflərin dərinliyindən çıxıb, ətrafı nura qərq edir. Bununla da yaxşılıqlar hasil olub, sahman yaranır, günahlar və şər qüvvələr əriyib məhv olur. Hər kim çox vaxt sərf edib, zəhmət çəkib, Allaha ibadət edərsə, çox savablara nail olar və hər iki dünyada səadətə qovuşar.

    Alıntı..
0 0 0