Xəzər TV- Nadir Qafarzadənin qadağa iddiasını cavabladı - EKSKLÜZİV

Son güncelleme: 30.11.2011 21:57
  • noimage

    Müğənni Nadir Qafarzadə yerli telekanallardan "Xəzər" televiziyasında ona qadağa qoyulduğunu iddia edib. Müğənni bu barədə dünən keçirdiyi mətbuat konfransında açıqlama verib. Nadir Qafarzadə bu qadağanı bir müddət öncə televiziya proqramlarından birində türklərin ünvanına xoşagəlməz ifadələr işlətməsi ilə əsaslandırıb. O bildirib ki, "Xəzər" telekanalında görünməyəcək, musiqiləri kanalın radiosunda səsləndirilməyəcək.


    "Xəzər" televiziyasının musiqi redaktoru Rahib İsmayılov isə müğənninin bu ittihamlarını "əsassız" adlandırıb və deyib ki, rəhbərlik səviyyəsində belə qərar verilməyib.

    Lalə Yusifqızı
#30.11.2011 21:57 0 0 0