Prezident İlham Əliyev Rumıniya səfirinin etimadnaməsini qəbul edib

Son güncelleme: 01.12.2011 17:26
  • noimage

    Prezident İlham Əliyev noyabrın 29-da Rumıniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Daniel Kristian Çiobanunun etimadnaməsini qəbul edib. Lent.az Azərtac-a istinadən xəbər verir ki, prezident Azərbaycan ilə Rumıniya arasında siyasi və iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. Dövlətim başçısı ikitərəfli münasibətlərimizin daha da genişləndirilməsi üçün güclü hüquqi bazanın olduğunu deyib. Prezident İlham Əliyev Rumıniyanın Azərbaycan-Avropa İttifaqı və Azərbaycan NATO əlaqələrinin inkişafındakı rolunu qeyd edib. Dövlətimizin başçısı ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini vurğulayıb. Səfirə fəaliyyətində uğurlar arzulayan Prezident İlham Əliyev Daniel Kristian Çiobanunun ölkəmizdəki diplomatik fəaliyyəti müddətində əlaqələrimizin daha da möhkəmlənməsi işinə töhfəsini verəcəyinə əminliyini ifadə edib.



    Azərbaycanda səfir kimi fəaliyyətə başlamasından məmnunluğunu bildirən Daniel Kristian Çiobanu ölkələrimizin ikitərəfli əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayıb. Diplomat ölkələrimiz arasında strateji tərəfdaşlığın həyata keçirilməsi üçün Azərbaycan və Rumıniya prezidentləri tərəfindən imzalanan birgə Fəaliyyət Planının önəmini qeyd edib. Daniel Kristian Çiobanu ölkəsinin Azərbaycan ilə iqtisadi sahədə, o cümlədən enerji sektorunda əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu bildirib. Rumıniyalı diplomat ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi işində səylərini əsirgəməyəcəyini deyib.

    Qaynaq:Lent.az
#01.12.2011 17:26 0 0 0