Müğənnilərimiz xəstə körpənin müalicəsi üçün oxuyacaqlar

Son güncelleme:
  • Dekabrın 25-də əyləncə məkanlarından birində şou-biznesin tanınmış simalarının iştirakı ilə xeyriyyə konserti olacaq. Bu barədə Lent.az-a konsertin təşkilatçıları Abbas Quliyev və Nərgiz Kərimova məlumat verərək bildiriblər ki, əldə olunan vəsait Lerikdə doğulan 4 yaşlı körpənin müalicəsinə sərf olunacaq. Xəstə ürək xəstəliyindən əziyyət çəkir.


    Xeyriyyə gecəsində Samirə, Roza Zərgərli, Tünzalə Ağayeva, Natəvan Həbibi, Sevda Yahyayeva, Aysel Teymurzadə, İlhamə Qasımova və başqaları iştirak edəcəklər.

    Lalə Yusifqızı
0 0 0