Gənc roker - Sən də yox de - şüarı ilə coşdurdu - FOTOLENT

Son güncelleme:
  • noimage

    Noyabrın 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetində QİÇS-ə "Sən də yox de" adı altında konsert keçirilib. Lent.az-ın məlumatına görə, konsertin təşkilatçısı Səbail rayon Gənclər və İdman idarəsi olub.

    Gənc roker Fərid Məmmədovun iştirak etdiyi konsert böyük coşqu ilə keçib, səsləndirilən mahnılar bir ağızdan tamaşaçılar tərəfindən oxunub.

    Konsertdə qonaq qismində iştirak edən Səbail rayon Gənclər və İdman idarəsinin sədri Vüqar Mürsəlov və sədr müavini Faiq Qurbanov da musiqi proqramından böyük zövq aldıqlarını bildiriblər.

    Faiq Qurbanov konserti çox önəmli addım kimi qiymətləndirib: "QIÇS"ə qarşı maarifləndirmək yolunda bir addım atdıq, həm də bunu konsertlə birləşdirərək daha da maraqlı etdik. Fəridin və qrupunun ifasını da çox bəyəndim. Belə gənclərə də daim dəstək verəcəyik".

    Lalə Yusifqızı

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage
0 0 0