Nigar Camal Beyonce-Rihanna-J.Lo kimi məşhurların sırasına qoşuldu

Son güncelleme:
  • noimage

    Bu gün "Eurovision-2011" müsabiqəsinin qalibi Nigar Camal Baku Music Factory Prodüser Mərkəzinin təşkilatçılığı və "Nar Mobile"-ın sponsor dəstəyi ilə çəkilmiş "Crash on you" klipini təqdim edib.

    Lent.az-ın məlumatına görə, mahnının musiqisini N.Camalın prodüseri, bəstəkar İsa Məlikov, sözlərini isə "Eurovision-2010" milli seçim turunun iştirakçısı Elli yazıb.

    "Crash on you" treki müğənninin gələcəkdə dünya arenasına çıxaracağı debüt albomunda da yer alacaq. Çəkilişlər Ukraynada qotika üslublu bir qəsrdə aparılıb.

    Klipin rejissoru Rusiya və Ukraynada məşhur seriallar çəkən Aleksey Lamaxdır.

    Müğənninin klipində dünyada və MDB məkanında məşhur "Digi-Digi" meqahitinin ifaçısı İnusa Davuda çəkilib.

    Qeyd edək ki, bu klip Azərbaycan şou-biznesində "arrİ Alexsa" kinokamerasına çəkilən ilk klipdir. Demək olar ki, bütün Hollivud ulduzlarının, eləcə də Beyonce, Rihanna, J.Lo kimi məşhurların klipi məhz bu tip kinokamera ilə çəkilib.

    Lalə YUSİFQIZI
0 0 0