Daha bir klubumuz Çempionlar Liqasına darmadağınla başladı

Son güncelleme:
  • noimage

    Azərbaycanın voleybolçu qadınlardan ibarət "Rabitə" klubu Çempionlar Liqasının qrup mərhələsinə qələbə ilə başlayıb.


    Lent.az-ın məlumatına görə, baş məşqçi Zoran Qayiçin komandası ilk turda Fransa "Mulhaus"unu darmadağın edib - 3:0.

    İlk seti 25:15 hesablı üstünlüklə tamamlayan "Rabitə" növbəti iki setdə də rəqibinə aman verməyib - 25:13, 25:21 . B qrupunun digər matçında Türkiyə "Fənərbağça"sı Almaniya "Drezdner"ini yenib - 3:0 (25:16, 25:19, 25:21). "Rabitə" növbəti görüşünü dekabrın 6-da səfərdə "Drezdner"ə qarşı keçirəcək.

    Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsində yarışan daha bir təmsilçimiz "Azərreyl" də turnirə qələbə ilə başlayıb. Baş məşqçi Faiq Qarayevin komandası Rumıniya "Tomis"ini üstələyib - 3:0 (25:19, 25:18, 25:22). "Azərreyl" növbəti görüşündə İtaliya "Foppapedretti"sini Bakıda qəbul edəcək. Oyun dekabrın 7-də olacaq.

    Qaynaq:Lent.az
0 0 0