Məhərrəmlik ayı və aşura orucu

Son güncelleme:
  • Meherremlikde aşura oruc

    Aşura günü nədir?

    Aşura günü Məhərrəm ayının 10-cu günüdür.

    Niyə bu gündə oruc tutulur?

    Allahu Təala Musa peyğəmbəri (ə.s) və onun qövmünü Firondan qurtardığına görə şükr edərək bu gündə oruc tuturuq.

    Bu gündə oruc tutmağın nə fəziləti var?

    Əbi Qatədə (r.a) deyir ki; "Peyğəmbərdən (s.a.s) Aşura gününün orucu haqqında soruşdular. Dedi : Allahdan (bu orucla) bundan əvvəlki ilin günahlarını təmizləməsi mükafatını istəyirəm"

    Necə oruc tutulur?

    Ən yaxşısı bu Aşura günündən əvvəl bir gün oruc tutmaq, Aşura gününü tutmaq və ondan bir gün sonranı da tutmaq. Doqquzuncu və onuncu günü də tutmaq olar və yaxud ancaq Aşura gününü tək oruc tutmaq olar.

    Bu münasibətlə oruc tutmağın nə kimi faydaları var?

    - Peyğəmbərimizin (s.a.s) etdiyi sünnəti davam etdirmək.

    - Bu gündə Musa (ə.s) oruc tutmuş, ondan sonra Peyğəmbərimiz (s.a.s) və sonra onun səhabələri oruc tutmuşlar.

    - Bu günün müqəddəsliyi və əzəmətliyi qədimdir.

    - Yəhudilərə müxalif olmaq üçün bu gündə oruc tutmaqdan əlavə bir gün əvvə və bir gün sonra oruc tutmaq daha fəzilətlidir.

    - Bu ayı başqa ümmətlərin də qeyd etdiyini görərək bizə məlum olur ki, bizdən əvvəlki əsrlərdə yaşayan millətlər və qövmlər öz tarixlərini ayla hesablayırdılar, indiki miladi tarixiylə deyil.
0 0 0