Məhşur İtalyan kino sənətçisi Vittorio de Sica bir TV reportajında danışır:
İtaliya 'da Napolinin kənar məhəllələrindən birində, bir Cafe-Barda,
espressolarımızı içirdik. İçəri girən müştərilərdən biri, barmene
"due caffee, un sospeso" (iki qəhvə, biri asqıda) deyir, iki qəhvə pulu verir,
bir qəhvə içib gedir, barmen də divarın üzərində asılı dayanan mismara bir kiçik kağız asır.
Bir az sonra iki adam içəri girir: "due caffee e un sospeso"
(iki qəhvə və bir asqıda) deyirlər, üç qəhvə pulu verib, iki qəhvə içib
gedirlər, barmen yenə bir kiçik kağız daha asır divarın üstündəki mismara ...
“Bunun gün boyu belə sürdüyü aydın olur” -deyərkən üstü başı bir az
köhnə, bəlli olur ki kasıb biri bardan içəri girdi, barmenə "un caffee sospeso"
(asqıda bir qəhvə) dedi, və barmenin hazırladığı qəhvəni içib, pul
ödəmədən çıxıb getdi. Barmen də mismarın üzərinə asmış olduğu kağızlardan bir dənəsini çıxardı ...