Sanki göz qapaqlarının şişkinliyi, qırmızı gözlər, fincanlarla qəhvə çatmırmış kimi, yuxusuzluğun daha çox pis təsiri olur. Çox kilo, depressiya və hətta xərçəng arasında əlaqə yaradan dəlillərin də gedərək artması işin duzu bibəri olur.
Duke Universitetində edilən araşdırmaya görə, yuxuya getmək mövzusunda həftədə 2 dəfədən çox problem yaşayan və ya yuxuya getməsi 30 dəqiqədən çox çəkən qadınların, şəkər xəstəliyinə və ürək-damar xəstəliyinə tutulma riski, yuxu problemi çəkən kişilərə görə daha yüksək imiş.
Yastığınızı hər 12-18 ayda bir dəyişdirin. Niyə? Çünki yastığın içini doldurarkən istifadə edilən vəsait köhnələcək və ev tozu, yastığın içində dovşan kimi törəməyə başlayacaqlar.
Yaxşı bir yuxu istəyirsinizsə, yastığınızın əhəmiyyətini bilin.
Axşamlar necə yatdığınız, sizə ən uyğun yastığı təyin etməkdə köməkçi ola bilər. Başınızı sabit mövqedə tutacaq və uyğunlaşan, formaya girə biləcək bir yastıq seçməlisiniz.
Üzüstə yatırsınızsa, düz və incə bir yastıq istifadə etməlisiniz.
Yuxunuzda dönürsünüzsə, yumşaq plomblu, bol həcmli və pozulmaz formada bir yastıq seçə bilərsiniz. Alergiyanız varsa, özünü xarici orqanizmlərə qarşı qoruyan, bakteriya meydana gəlməsinə maneə törədən və anti-allergik yastıq seçməlisiniz.
Yuxunuzun gəlməsini təmin edən melatonin hormonudur. Ancaq işıq üzündən bu hormonun təsirləri itər. Yatağa girməmişdən otağı mümkün olduğunca qaranlıq edin.
Yatmamışdan əvvəl musiqi dinləmək, daha yaxşı bir yuxu yatmağınıza köməkçi olur. Klassik musiqi və ya yumşaq bir caz albomu dinləyə bilərsiniz.
Yatdığınız yatağın da neçə illik olduğunu düşünün. Əgər yuxu problemi çəkirsinizsə, rahat bir yataqda yatmadığınız üçün ola bilər. Bədəninizi dəstəkləyəcək və sizə rahatlıq təmin edəcək bir yataq alın.