Hər bir insan saf bir fitrət üzərinə doğulur.
Bu saf fitrət onun həyatında nur kimi parlaq olur və onun həyatını gözəlləşdirir.
Amma insan üçün bu nur kifayət deyildir.
Ola bilsin kimsə bu nuru söndürməyə çalışsın.
Ona görə də insan həyatını daha aydınlatmaq,nurunu çoxaltmaq üçün başqa bir şeyə ehtiyac duyur.
Buda iman nurudur,yəqinlik nurudur ki,heç şübhə onu bundan sonra Uca Allah yolundan uzaqlaşdıra bilməz.
Kim bu nuru Allahdan başqasına axtarsa əlbəttəki yolunu azmışdır.
İman artdıqca insanın fitrət nuruda daha çox artacaqdır.Azaldıqca həmçinin azalacaqdır.
Uca Allah hamımızın imanını artırsın.
Nurumuzu daimi etsin və bizləri iman nuru sönənlərdən etməsin.
Amin.