Milli Qehreman - Esedov Malik Hamil oğlu

Son güncelleme: 14.12.2011 00:04
  • Mili Qehremanımız

    noimage

    Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Əsədov Malik Hamil oğluna ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" fəxri adı verilmişdir

    27 iyun 1962-ci Havarlı kəndində doğulmuşdur. 1979-cu ildə məktəbi bitirdikdən sonra orduya çağırılmışdır. Hərbi xidmətini Qazaxıstanda başa vurmuşdur. Mingəçevir şəhər 45 saylı Müstəqil Hərbiləşdirilmiş Yanğından Mühafizə Hissəsində əmək fəaliyyətinə başlamışdır. Xocalı, Əskəran, Ağdam, Şuşa uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1992-ci il yanvarın 12-də Şuşaya yollanan silahlı döyüşçülərin arasında Malik də vardı. Yanvarın 18-də ermənilər Şuşanın Nəbilər kəndilnə hər tərəfdən hücuma keçmişdir. Həmin hücum zamanı erməni gülləsindən yara alanlardan biri də Malik olmuşdur. Amma buna baxmayaraq, o, bir neçə düşməni də məhv və özü qəhrməmancasına həlak olmuşdur.

    Halvalı kəndində dəfn edilmişdir.

    Ailəli idi. Üc övladı yadigar qalıb.

    Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Əsədov Malik Hamil oğluna ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" fəxri adı verilmişdir.

    Təhsil aldığı Havarlı kənd orta məktəbi onun adını daşıyır. Həmin məktəbdə və Mingəçevir şəhərində-işlədiyi idarənin önündə qəhrəmanın büstü qoyulmuşdur.
#14.12.2011 00:04 0 0 0