Hüseyn Dəryanın keçmiş həyat yoldaşı - Müğənni olmaq niyyətim yoxdur

Son güncelleme: 16.12.2011 08:41
  • noimage

    “Mən müğənni olmaq fikrində deyiləm. Özüm üçün bir mahnı yazdırmışam, vəssalam. Bu mahnını da həvəskar kimi oxudum. İfamı Hüseyn eşidib. Lakin onun mənə “sənət karyerasına” başlamaq üçün dəstək vermək fikri yoxdur”.


    Bu açıqlamanı Lent.az-a tanınmış reper Hüseyn Dəryanın keçmiş həyat yoldaşı Sona Muradova verib. O, müğənniliyə başlaması barədə yayılan xəbərlərin doğru olmadığını söyləyib: “Sözün açığı, nə isə danışmağa da çəkinirəm. Nə danışıramsa, başqa şəkildə yazırlar. Vaxtilə aktrisa olmaq üçün İncəsənət Universitetinə sənədlərimi vermişəm, qəbul ola bilməmişəm. Lakin müğənnilik mənlik deyil”.


    Sona Muradova keçmiş həyat yoldaşı ilə münasibətlərinin hazırda normal olduğunu, lakin barışmaq fikrində olmadıqlarını deyib.

    Lalə
#16.12.2011 08:41 0 0 0