Pendirli toyuq paşteti

Son güncelleme: 16.12.2011 09:36
  • Pendirli toyuq paşteti terifi - Pendirli toyuq paşteti terkibi - Pendirli toyuq paştetinin haırlanması

    noimage


    Terkibi:
    500 q toyuq ciyəri
    500 q toyuq ürəyi
    3 baş soğan
    1 böyük yaşıl alma
    150 q kərə yağı
    200 q pendir (brınza)
    duz
    qara istiot
    2 x.q. xardal
    4 x.q. bitki yağı

    Almanın qabığını soyub ortasını təmizləyib, dilimləyin. Təmizlənmiş toyuq ciyərini və almanı tavada qızardın (tam bişənə qədər). Soğanı təmizləyib iri doğrayın. Təmizlənmiş toyuq ürəyini soğanla birlikdə duzlu suda hazır olana qədər bişirin. Sonra qaraciyərlə almanı və toyuq ürəyi ilə soğanı iki dəfə ət maşınından keçirin. Duz, istiot, xardal və yumşalmış kərə yağı əlavə edib bircinsli qarışıq alınana qədər qarışdırın. İsladılmış sellofanın üzərinə alınan qarışığı bərabər yayın. Onun üzərinə xırda doğranmış pendir səpin (əgər pendir xoşlamırsınızsa, başqa ərzaqdan, məsələn, qızardılmış göbələkdən istifadə edə bilərsiniz). Sellofanın köməyilə paşteti rulet kimi bükün. Ən azı 6 saat soyuducuda saxlayın. Süfrəyə verməzdən əvvəl dilimləyin.

    Nuş olsun...
#16.12.2011 09:36 0 0 0