Qış ayları astmanı gücləndirir

Son güncelleme:
  • Xestelikler


    Xəstəlikdən peyvənd yolu ilə də xilas olmaq olar
    Havaların soyuması ilə bərabər bəzi xroniki xəstəliklər özünü daha çox hiss etdirməyə başlayır. Mütəxəssislər təməl olaraq astmanın iki əhəmiyyətli növünün tapıldığını və bunların "Allergik astma" və "Allergik olmayan astma" olduğunu söyləyirlər.
    Allergik astmada xəstənin həssas olduğu bir və ya daha çox allergenin (ev heyvanları, poliyenlər, kiflər) mövcud olduğunu və bu həssaslığın allergik dəri testləri ilə müəyyən oluna bildiyini izah edən həkimlər, allergik astmanın ilk əlamətlərini uşaqlıq dövründə göstərə bildiyi kimi hər hansı bir yaşda da ortaya çıxara bildiyini ifadə edirlər.
    Allergik olmayan astmada isə xəstənin həssas olduğu müəyyən bir allergenin olmadığını, ümumiyyətlə xəstəliyin daha xroniki və hiyləgər getdiyini izah edən mütəxəssislər, bu səbəbdən diaqnozun daha gec qoyula bildiyini və böhranın daha ağır və müalicəyə müqavimətli olduğunu qeyd edirlər.
    Astma xroniki bir xəstəlik olaraq nəfəs yollarında daralma olduğu dövrlərdə hücumlar halında ortaya çıxır və müalicə ilə və ya özbaşına qaydaya düşə bilir. Bu isə xəstələri yanıldaraq onların müalicələrini kəsmələrinə səbəb ola bilir. Astma xəstələrində allergenler, infeksiyalar (soyuqdəymə, qrip, faringit), soyuq hava, çirkli hava, siqaret tüstüsü, dərmanlar (aspirin, ağrıkəsici və yel dərmanları), qida qatqı maddələri, boya, lak, ətir qoxuları, stres kimi faktorlar astma hücumlarına səbəb ola bilir. Mütəxəssislər məhz qış aylarında hava çirkliliyinin artdığı, sobaların və qızdırıcıların yandırıldığı, yun geyimlərin tez-tez geyilməsi səbəbindən astma xəstələrinin xüsusilə diqqətli olmalarını məsləhət görürlər.
    Astmanın genetik bir xəstəlik olduğuna işarə edən həkimlər, ana və ya atasında astma olan bir adamda bu xəstəliyin ortaya çıxma ehtimalının daha çox olduğunu qeyd edirlər. Onlar astmalı xəstələrdə ən sıx rast gəlinən allergiyanın ev tozu allergiyası olduğunu ifadə edərək ev tozu ilə mübarizədə mühitdəki nəm miqdarının azaldılmağa çalışılması, yataq örtüklərinin hər həftə ən azı 60 dərəcədə yuyulması, yataq, yorğan və yastıqların xüsusi örtüklərlə örtülməsinin lazım olduğunu izah edirlər.
    Astmanı nəzarət altına alan bir çox dərmanın olması ilə bərabər xəstəliyin müalicəsində çox nadir istifadə edilən digər variant isə peyvənd müalicəsidir.

    Bəzi sadə tədbirlər
    Mütəxəssislər astma xəstələrinin ala biləcəkləri sadə tədbirləri belə sıralayırlar.
    Astma tutmalarına səbəb ola biləcək əşyaları ev mühitindən uzaqlaşdırın. Tüklü heyvanları evin xaricində saxlayın. Siqaret çəkməyin və çəkilən mühitdən uzaq durun. Tüklü heyvanların yataqlarınıza, kreslolarınıza çıxmasına icazə verməyin. Çox uzun tüklü xalça və kilimlərinizdən istifadə etməyin. Yataq dəstlərinizi toz keçirməyən dəstlərlə örtün. Çarşab dəstlərini tez-tez çox isti suda yuyun və mümkün olduqca çöldə qurudun. İçəridəki havanı təmiz və canlı tuta bilmək üçün tez-tez otağınızı havalandırın. Yemək bişirərkən pəncərələrinizi açıq qoyun. Çöldəki hava avtomobil qazı, fabrik tüstüsü və ya çiçək və ağac poliyenleri ilə çirklənmişdirsə pəncərələrinizi bağlı saxlayın. Yun kazaklar, şal və beretlərdən uzaq durun.

    Alıntı
0 0 0