qarqara - qarqaral etmek - qarqara ederken ne üçün spirt olmamalıdı?
Ağız qarqaraları xərçəng təhlükəsi yaradır
Elm adamları, tərkibində spirt olan qarqaraların ağız xərçəngi risqini artıra bildiyini ortaya qoyublar. Newcastle Universiteti ekspertlərinin araşdırmalarına görə, bu qarqaralarda olan 26 faiz nisbətindəki spirt ağızda yanma, quruluq və ağrıya səbəb olaraq ağız xərçəngi təhlükəsini yüksəldə bilir. Qarqaralarda istifadə edilən spirt bakteriyaları yox etməyə köməkçi olmur. Mentol və ona oxşar bakteriya öldürücülərinin daha aktiv bir hala keçməsi üçün seçim edilə bilir. Ancaq spirtdəki "etanol" maddəsi xərçəng hüceyrələrinin inkişafını sürətləndirir. Və xüsusilə siqaret və qarqaranı bir vaxtda istifadə edənlərdə risq daha da artır. Partlama edən ağız xərçəngi hadisələrinin də bu qarqaralardan qaynaqlana biləcəyi təxmin edilir. Ekspertlər məsləhət görürlər ki, tərkibində spirt olmayan qarqaraları seçin.