Bir partnyora sədaqət ömrü uzadır
Alimlər uzunömürlük faktorunu analiz edərək belə bir qənaətə gəliblər ki, bir partnyora sədaqət insan ömrünü uzadır. Onlar tədqiqatlar nəticəsində müəyyən ediblər ki, öz yarılarına sədaqətli qalaraq aktiv seksual həyat tərzi keçirən kişilər digərlərinə nisbətən daha az ürək-damar xəstəliklərindən əziyyət çəkir və orta hesabla daha uzunömürlü olurlar.
Tədqiqatda 4000-ə qədər kişi iştirak edib. Alimlərin bildirdiyinə görə, aktiv seksual həyat zamanı kişilərdə daha çox testosteron – kişi hormonu - əmələ gəlir. Bu isə depresiyanın yaranma risqini azaldır, urək-damar sisteminin vəziyyətini yaxşılaşdırır. Həmçinin sədaqət stresə qarşı müqaviməti artırır.