Mətanət İsgəndərlinin bacısı - Hələ toya tələsmirik

Son güncelleme: 18.12.2011 19:08
  • noimage

    Azərbaycanın əməkdar artisti Mətanət İsgəndərli yeni albom üzərində çalışır. Bu barədə Lent.az-a müğənninin bacısı və köməkçisi Təranə xanım məlumat verib: “Hazırda yeni albomun hazırlıq işləri gedir. Çoxlu mahnılar yazıldığı üçün yeni alboma ehtiyac var. Bundan başqa, Yeni il öncəsi çəkilişlərə başımız qarışıb”.

    Köməkçi deyib ki, Mətanət İsgəndərli nişanlı qızı Ülkərin toyunu etməyə tələsmir: “Hələlik toyla bağlı planımız yoxdur”.

    Lalə
#18.12.2011 19:08 0 0 0