Dekabrın 23-də Türkiyənin keçmiş prezidenti Əhməd Necdət Sezər Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.
Lent.az Azərtac-a istinadən xəbər verir ki, Əhməd Necdət Sezər dövlətimizin başçısına anadan olmasının 50 illiyi münasibətilə təbriklərini çatdırıb, ona dövlətçilik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.
Bu gün Gürcüstanın keçmiş prezidenti Eduard Şevardnadze də prezident İlham Əliyevə zəng edib. Eduard Şevardnadze dövlətimizin başçısını anadan olmasının 50 illiyi münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev Əhməd Necdət Sezər və Eduard Şevardnadzeyə minnətdarlığını bildirmişdir.