90 milyon dollarla keçən ilin ən çox pul qazanan müğənnisi olan Ledi Qaqa haqqında daha bir qəribə xəbər yayılıb. Bu dəfə də onun satanist olduğu iddia edilir.
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Londonda qaldığı İntercontinental otelindəki otağını təmizləyən işçi Ledi Qaqanın hamamda qanla çimdiyini önə sürüb. Otel işçisi “The Sun” qəzetinə açıqlamasında bunları deyib: “Cakuzi qanla doluydu. Sanki orada satanist bir ayin həyata keçirilmişdi”.
Otelin meneceri isə bu iddiaların yalan olduğunu bildirib.