Röyadan 50 min avroluq Ağla klipi - VİDEO

Son güncelleme:
  • noimage

    Müğənni yerli modelləri bəyənməyib...


    Müğənni Röyanın, özünün dediyi kimi, 50 min avroya başa gələn “Ağla” klipi bayram günlərində tamaşaçıların ixtiyarına verilib. ANS PRESS-in məlumatına görə, müğənni belə bir bahalı klipin ona bəstəkar Nailə Mirməmmədli tərəfindən hədiyyə edildiyini söyləyir. Sözləri Azad İsayevə məxsus mahnının musiqisi Nailə xanıma aiddir.

    Rəna Qulamovanın rejissorluq etdiyi klipi gürcülərdən ibarət yaradıcı heyət ekranlaşdırıb. Klipin operatoru Arçil Axvledianidir. Qrafika ilə işlənmiş klipi ərsəyə gətirən çəkiliş qrupu indiyədək klip çəkməyib, cizgi filmləri ekranlaşdırıb. Yüksək peşəkarlığın nümunəsi olan klipin bütün kadrları ayrı-ayrı kameralarla çəkilib.

    Röyanın klipdəki tərəf-müqabili gürcülərdən ibarət çəkiliş qrupunun icraçı prodüseridir. Yerli modellər simaca obraza uyğun olmadığından, ifaçı klipi çəkən şirkətin icraçı prodüserini özünə tərəf müqabili seçib.

    [video=youtube;Unhy_I1YNt8]http://www.youtube.com/watch?v=Unhy_I1YNt8&feature=player_detailpage[/video]
0 0 0