Dinimiz İslamdan gözəl kəlamlar

Son güncelleme: 20.01.2012 17:50
  • Dinimiz İslamda yazılanlar - gözəl kəlamlar - kəlamlar

    Hz.Əli (ə) buyurub:"Dinə ən çox kömək edən əxlaq, dünyada zahidlik həyatı yaşamaqdır".

    *Peyğəmbər (s.a.v) buyurub:"Ruzinin az miqdarı ilə kifayətlənən müsəlman xoşbəxtdir".

    *Cəfəri Sadiq (ə) buyurub: "İşində mülayim davranan kimsə,insanlardan gözlədiyi şeylərə nail olar".

    *Cəfəri Sadiq (ə) buyurub: "ALLAH Təalanı çox zikr edən bəndəni, ALLAH cənnətdə himayəsi altına alar".

    *Cəfəri Sadiq (ə) buyurub: "Ədalət baldan şirin,qaymaqdan yumşaq,müşrikdən isə xoş ətirlidir".

    *Peyğəmbər (s.a.v) buyurub:"Savabı ən tez veriən xeyirli əməl, quhumluq əlaqələrini qorumaqdır".

    *Peyğəmbər (s.a.v) buyurub:"Ağ saçlı bir müsəlmana hörmət etmək,ALLAHa hörmət etməkdir".

    *Muhəmməd Baqir (ə) buyurub:"Bəndə günah işlədikcə,ruzi ondan uzaqlaşdırılar".

    *Hz.Əli buyurub:" Yoxsulluq mömin bəndəyə atın yanağındakı tüklərdən daha çox yaraşır".

    *Cəfəri Sadiq (ə) byurub:"Günah bəndəni ruzidən məhrum edər".

    *İmam Rza (ə) buyurub:" ALLAH Təala bir mömini üzüntüdən xilas edənin,qəlbini qiyamət günü üzüntüdən xilas edər".

    *Hz.Əli (ə) buyurub: "Hiylə və aldatmaq cəhənnəmə daxil olmağa səbəb olmasaydi, şübhəsiz, mən insanların ən hiyləgəri olardım".

    *Hz.Əli (ə) buyurub: "Müsəlman bu 3 nəfərlə dostluq etməkdən çəkinməlidir: utanmazdan, axaqdan və yalançıdan".

    *Cəfəri Sadiq (ə) byurub:"ALLAH Təalanın fəzlindən (lütf və kərəmindən) istəməyən kimsə möhtac qalar".

    *Zeynul-Abidin (ə) buyurub:" Dua enməkdə olan və hələlik enməyən bəlaların da qarşısını alır".

    *Cəfəri Sadiq (ə) buyurub:"Dua etməkdən əl çəkməyin. Çünki dua hər bir xəstəliyin şəfasıdır".

    *Peyğəmbər (s.a.v) buyurub:" "La ilahə illallah"-demək ibadətlərin ən xeyirlisidir".

    *Peyğəmbər (s.a.v) buyurub:"Hər şeyin bir bəzəyi vardır. QURANın bəzəyi də gözəl avazdır".

    *Muhəmməd Baqir (ə) buyurub: "Zülmdən qorxun. Çünki məzlumun duası göylərə yüksəlir
#20.01.2012 17:42 0 0 0
  • emeğe saygı
#20.01.2012 17:50 0 0 0