Eurovision-2012 nin biletləri ilə bağlı rəsmi məlumat yayıldı

Son güncelleme:
  • http://lent.az/photo/euro-2012-loqo.jpg
    Eurovision Mahnı Müsabiqəsinin İşçi Qrupu bir daha bildirir ki, müsabiqəyə biletlərin satışı ilə bağlı digər sosial şəbəkələrdə və internet saytlarındakı informasiyaların heç bir əsası yoxdur və ictimaiyyəti çaşdırmaq xarakteri daşıyır. Lent.az-ın müsabiqənin rəsmi saytına istinadən verdiyi xəbərdə deyilir ki, son günlər Facebook və digər sosial şəbəkələrdə, eləcə də internet saytlarında Bakıda keçiriləcək Eurovision Mahnı Müsabiqəsi 2012 üçün biletlərin satışı ilə bağlı yanlış məlumatlar yayılır. Müsabiqənin İşçi Qrupundan bildirildiyinə görə, may ayındakı şouya biletlər satışa çıxarılmayıb və bununla bağlı rəsmi məlumatlar, biletlərin satışa çıxarılacağı tarixə dair informasiyalar yaxın 3 həftə ərzində veriləcək.

    Müsabiqə ilə bağlı bütün rəsmi məlumatları www.eurovision.tv, müsabiqənin rəsmi milli saytı www.eurovision.az və “Eurovision” İşçi Qrupunun Facebook və twitterdəki və rəsmi milli səhifələrindən əldə edə bilərsiniz.
0 0 0