D vitaminin qəbul yolu günəşdir. Qidalarla təmini çox azdır. Bəzi balıqlarda, yumurta sarısında var. Onun əsas istehsal yolu günəş şüalarıdır. Günəşdən yararlanmadığımız zaman D vitamini azalar. O zaman da, D vitamini açığı ortaya çıxır. Qədimdə insanlar bu qədər bağlı mühitlərdə yaşamırdı, xüsusilə günəşli ölkələrdə uşaqlar küçədə, bağçada oynayır günəşdən kifayət qədər yararlana bilərlərdi.
İndi həyat tərzimiz çox dəyişib. Yeni həyat tərzi insanları bağlı məkanlara çəkdi. Xəstə bina sindromu deyə bir sindrom ortaya çıxdı. Bu sindromu 'müasir-yeni binalar' deyilən şəraitlər yaradır. Bu binalar insanların günəş görməsini, təmiz hava almasını maneə törədir. İnsanlar qış boyunca onsuz da günəşdən yararlanamırlar, yayda tətilə gedərsə də qısa bir müddət günəş görür. Bu səbəblə D vitamini əkshikliyi insanların böyük əksəriyyətində görülür.
D vitamini nəyə əhəmiyyətlidir?
D vitamini kalsiumun əmilib sümüyə getməsini təmin edir. Bu yolla kalsium alınamazsa, sümükdən qana kalsium verilir, bu da uzun vədədə sümüklərin yumşalmasına gətirib çıxarır. Əvvəllər D vitamini əkshikliyi körpələrin və uşaqların xəstəliyi olaraq bilinirdi. Halbuki indiki vaxtda yuxarıda bəhs edilən səbəblərlə yetişkinlərin də ciddi problemidir.
• Yaşlıların çoxunda bu problem var, dəri yaşlandıqca dərinin günəş yolu ilə D vitamini qəbul etmə qabiliyyəti də azalır.
• Yaşlılar çölə çıxa bilmirlər, bəslənmələri pozulur. Bu səbəblə kalsium, D vitamini möhkəmlətməsi etmək lazımdır.
• D vitamini kişilər üçün də çox əhəmiyyət daşıyır. Sümüklərdəki problemlər kişilərə də çox təsir edir.
• D vitamini bədəndə çox olduqda, böyrək daşı meydana gəlməsinə gətirib çıxarır. Hətta böyrəklərdə əhənglənmədə ola bilər. Bu səbəblə D vitamininin həkimin məsləhəti ilə verilməsi lazımdır. Nəzarətsiz istifadəsi qətiliklə doğru deyil.
• Analar həkimlə məsləhətləşmədən uşaqlarına sümüklərinin güclənməsi üçün D vitamini, balıq yağı verir, bu da doğru deyil. Balıq yağı da olsa həkim idarəsində verilməsində fayda vardır.
Bədənə lazım olan D vitamininə çatmanın düsturu:
May-sentyabr arasındakı dövrdə, günəşin çox qızğın və sağlamlığı təhdid etdiyi 12.00-15.00 arası saatlar xaric, gündə 30 dəqiqə, günəş kremi çəkmədən qolları və qıçları günəşləndirin. D vitaminin əsas istehsal vasitəsi günəş olduğu üçün günəş şüasının dəriyə dəyməsiylə səssiz dayanan bir maddə qızışdırılır və ibarət olan reaksiyonlarla da D vitamini qəbul etməsi mümkün olur.