@Sarsın adlı üyeden alıntı:
NASA-nın SDO peyki yanvarın 27-də Günəşdə güclü alışma qeyd edib. Hadisə barədə Lent.az-a açıqlama verən Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi Cəsarət Əliyev bildirib ki, alışma günəş diskinin kənarında, fırlanaraq Günəşin görünməyən tərəfinə keçməyə başlayan 1402 saylı ləkə dəstəsində baş verib.
Alışma Bakı vaxtı ilə saat 21:37-də başlayıb, 22:37-də öz maksimumuna çatıb və 22:56-da bitib. Sinfi X1.7 rentgen alışması kimi müəyyən edilib. Planetlərarası fəzaya atılan plazma selinin başlanğıc sürəti 2500 km/s olub. O, günəş diskinin kənarında baş verdiyindən yerə tuşlanmayıb və ona görə yerdə təhlükə yaratmayacaq. Yerdə artıq zəif S2 sinifli radiasiya qasırğası qeyd olunub.
Alışmanın təsirinə daha çox NASA-nın STEREO_A peyki və qismən də Mars məruz qalacaq.
Qaynaq:Lent.az
Orijinali Göster...