İran maliyyə əməliyyatı üçün xarici valyuta axtarır

Son güncelleme: 20.02.2012 19:20
  • noimage

    Tehran hakimiyyəti nüvə proqramı ucbatından çoxsaylı problemlərlə üzləşib. Lent.az-ın “BBC”yə istinadən məlumatına görə, İran rəhbərliyi idxal etdiyi malların pulunu ödəmək üçün xarici valyuta axtarır.

    Hazırda Çin yuanı, Hindistan rupisi və Rusiya rublu ilə bağlı ödəmələrin səmərəsini nəzərdən keçirilir. Bundan başqa, mal mübadiləsi də dəyərləndirilməkdədir. İran artıq rusiyalı sahibkarlarla taxılın rublla ödənilməsi istiqamətində danışıqlara aparırlar.

    “The Wall Street Journal”ın məlumatına əsasən, yüklərin pulunu ödəyə bilmədiyindən İran limanlarında 12 gəmi yükü boşaldılmamış halda qalmaqdadır. Avropa Birliyi, ABŞ və BMT-nin qəbul etdiyi yasaqlara əsasən, İranın xarici ölkələrdəki bank hesabları dondurulub. Bu isə xarici ticarətdə bir sıra maneələr yaradır.

    İranın milli valyutası qiymətdən düşdüyündən bu addım atılır. Məsələn bir müddət öncə Hindistanın maliyyə naziri bildirmişdi ki, İran neftinin pulunun ödənilməsi üçün alternativ axtarırlar - rupi ilə ödəniş. Bunun Türkiyə və Almaniya bankları ilə ödənilməsi mümkün olmadığından həmin variant baş tutmadı.

    Rusiya treyderlərindən taxıl almaq üçün ilk növbədə Rusiyada müxbir hesabı açılmalıdır. Mütəxəssislərin fikrincə, bu Tehrana sərf etməyəcək. Çünki Rusiya banklarında istifadə edə bilməyəcəyi iri məbləğdə rublun yığılmasının əhəmiyyəti yoxdur.

    Radiostansiya qeyd edib ki, İran Çinlə də neft pulunu yuanla ödənilməsi istiqamətində danışıqlar aparmaqdadır.

    Sədrəddin Soltan
#20.02.2012 19:20 0 0 0