İngiltərə mətbuatından verilen məlumata görə, araşdırma həddindən artıq çox kofe sevən kişilərdə sonsuzluğun yarandığını üzə çıxarıb. Alimlər bu qənaətə 2,5 min kişi arasında aparılan araşdırmadan sonra gəlib. Kofenin spermatozoidlərin sayını azaltdığı sübut olunub.
Araşdırma onu da göstərib ki, kofenin əvəzinə çay və ya digər içkilərə üstünlük verən kişilərdə əksinə, spermatozoitlərin sayı daha da artır.