Tarixde Bugün - 10 Mart

Son güncelleme:
  • Tarixde Bugün - 10 Mart

    noimage

    10 mart. İlin sonuna 297 gün qalır.

    1735. Səfəvilərlə Rusiya arasında Gəncə müqaviləsi imzalanıb. Rus qoşunu Azərbaycana məxsus olan bütün Xəzəryanı əraziləri tərk edib

    1880. Rus fizik Stoletov fotoeffekt hadisəsini izah edib

    1906. Fransa tarixində ən böyük mədən faciəsi baş verib. Daş kömür şaxtasında partlayış 1200 insanın həyatına son qoyub

    1910. Çində köləlik ləğv edilib

    1912. Üzeyir Hacıbəyovun "Şah Abbas və Xurşid Banu" operasının ilk tamaşası keçirilib

    1915. Xalq artisti, balet ustası Qəmər Almaszadə anadan olub

    1925. 4-cü Ümumazərbaycan sovetlər qurultayı başlayıb.

    1930. Bakı Sənaye Akademiyası fəaliyyətə başlayıb

    1935. Faşist Almaniyasının hərbi hava qüvvələri – “Luftwaffe” təsis edilib

    1937. Azərbaycan SSR-nin yeni Konstitusiyası qəbul edilib

    1940. Xanəndə Canəli Əkbərov anadan olub

    1940. Amerikalı aktyor Çak Norris anadan olub

    1943. Keçmiş SSRİ-də nüvə tədqiqatlarına start verilib

    1945. Keçmiş Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayev anadan olub

    1947. SSRİ Nazirlər Soveti “Ermənistan SSRİ-dən azərbaycanlı əhalinin Azərbaycan SSR-in Mil-Muğan zonasına köçürülməsi Haqqında” qərar verib. Oxşar qərar 2-ci dəfə 1948-ci ildə də verilib

    1957. Usama bin Laden anadan olub

    1959. Antarktidada SSRİ-yə məxsus “Lazarev” elmi stansiyası fəaliyyətə başlayıb

    1965. Yazıçı Mehdi Hüseyn vəfat edib

    1977. ABŞ və CAR astronomları Uranın halqalarını aşkar edib

    1992. Azərbaycan Milli Olimpiya Komitəsi təsis edilib

    2004. Səudiyyə Ərəbistanı fotokameralı mobil telefon satışını qadağan edib. Qadağa bu gün də qüvvədədir

    2004. Aktrisa Nəsibə Zeynalova vəfat edib.
0 0 0