Zəlzələ və sunami yaponları intihara sürükləyib

Son güncelleme:
  • noimage

    Keçən il martın 11-də Yaponiyada baş verən zəlzələ və sunami fəlakəti insanların ruhi sağlamlığına da ciddi mənfi təsir göstərib. Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, fəlakətdən sonrakı 1 il ərzində intiharların sayı artıb. İntihar edənlərin ümumi sayı 30 min 652 nəfər olub. Ümumilikdə, 2010-cu illə müqayisədə intiharların sayı 20 faiz artıb. Keçən ilin may ayında intihar edənlərin əksəriyyəti əsasən 30 yaşlarındakı kişilər olub.

    Yaponiya Milli Polis Departamenti zəlzələ və sunami fəlakətinin yapon cəmiyyətində stressə yol açdığını və bunun da intiharların artmasında ciddi rol oynadığını açıqlayıb.
    Qeyd edək ki, keçən il martında baş verən zəlzələ və sunami fəlakəti nəticəsində 19 min insan həyatını itirib. Zəlzələ “Fukusima-1” Atom Elektrik Stansiyasının (AES) qəzalı vəziyyətə düşməsinə yol açıb. AES-in qəzalı vəziyyətə düşməsi də Yaponiya iqtisadiyyatına ciddi zərbə vurub, çoxlu sayda şirkət iflasa uğrayıb.

    Qaynaq:Lent.az
0 0 0