Gövhər Həsənzadə ilə Xatirə İslama Amerikadan təklif - EKSKLÜZİV

Son güncelleme: 14.03.2012 09:11
  • noimage

    Əməkdar incəsənət xadimi, bəstəkar Gövhər Həsənzadə Amerika Birləşmiş Ştatlarında keçirilən festivalda münsif kimi çıxış edəcək. Bu barədə Lent.az-a G.Həsənzadə məlumat verib. Bəstəkar ABŞ-da “Atlantik Breeze” adlı müsabiqədə türkdilli ölkələr arasında estrada mədəniyyəti üzrə münsif kimi dəvət olunub. Festival 8-14 mayda Mayamidə keçiriləcək. Layihə barədə məlumat verən bəstəkar bildirib ki, tədbirə münsif kimi dəvət olunsa da, konkursa öz əsərlərindən birini təqdim edəcək: ““WMA Lable” Holdinqinin rəhbərliyindən dəvət almışıq. Bu Holdinq səsyazma studiyasında hazırladığı məhsulu dünyanın 67 ölkəsində satışa çıxarıb reklam edir. Dünyanın ən irihəcmli əyləncəli “Max TV US” və “Max –TV EU”, eləcə də “İnternet TV- Planeta” kimi efir məkanları məhz bu Holdinqə aiddir. Belə bir nəhəng layihənin rəhbərliyindən təklif alaraq, Azərbaycan estrada sənətini təmsil etmək bizim üçün şərəfdir. Bu fürsətdən istifadə etmək qərarındayam. Çünki şans insana bir dəfə verilir. Bəxtimdən yenə də Vətənimizi çox mötəbər tədbirdə təmsil etmək mənə qismət oldu. Yazdığım muzikldan “Təbiətin müraciəti” parçasını bu layihədə təqdim edəcəyəm”.


    Bəstəkar konkursa müğənni Xatirə İslamla birgə qatılacaq. Çünki bəstəkarın sözügedən holdinq tərəfindən bəyənilən mahnısının ifaçısı Xatirə İslamdır: “Həmin konkursda estrada ilə etnik musiqinin sintezi maraq doğurub. Xatirənin ifa etdiyi mahnı onları cəlb edib. Mahnının bəstəkarını həmin konkursda görmək istəyiblər. Bununla bağlı mənə dəvət göndəriblər. Mahnının ifaçısı Xatirəni özümlə aparacağam”.


    Gövhər Həsənzadə bildirib ki, bu Xatirə ilə onun birinci işi deyil: “ Xatirə ilə ilk işimiz olan rok-folk stilinə yaxın “Zülmətlərin övladı” mahnımız uğur qazanmışdı. Həmin mahnı eksperiment idi. Çünki bilmirdim, tamaşaçılar Xatirənin repertuarında bu stili necə qəbul edəcəklər. Amma sonra gördük ki, bu inanılmaz uğur gətirdi. Düşündük ki, bir yerdə işimizi davam etdirək. Onunla ikinci layihəmiz görkəmli şair Bəxtiyar Vahabzadənin sözlərinə yazdığım “Ay kimdir” mahnısı oldu. Bu mahnı da çox möhtəşəm alındı və bu dəfə həmin mahnıya muğam da əlavə etdik. Birləşmiş Ştatlarda bir neçə il öncə bu mahnını Sənəm adlı xanım ifaçı çox məharətlə səsləndirdir. Hər zaman Avropada müxtəlif efir və studiya dinləmələrində mənim bu iki mahnıma çox böyük maraq göstərilir və ifaçının məharəti xüsusilə qeyd olunur”.


    Gövhər Həsənzadə qarşıda onları çətin bir sınaq gözlədiyi üçün həyəcan keçdiklərini deyib.

    Jalə

    noimage

    noimage

    noimage

    noimage

#14.03.2012 09:11 0 0 0