Qızılgül peçenyesi - Qızılgül peçenyesinin terifi ve terkibi - Qızılgül peçenyesinin hazırlanması
Tərkibi:
4 yumurta
1 st. şəkər tozu
1 paçka vanil
1 st. un
şirin çöplər
4 yumurtanı çalın (çəngəllə). Şəkər tozu, vanil, un əlavə edib çalın. Marqarinlə yağlanmış siniyə xəmirdən 1 çay qaşığı olmaqla təxminən 12-14 "ləçək" düzün. Sinini sobaya qoyun. "Ləçək"lərin qırağı azca qızaranda sobadan çıxarın (təxminən 2 dəqiqəyə bişir), əsas odur, çox saxlayıb qurutmayın. Soyumamış bir neçə ləçəyi şirin çöpün ətrafına dolayın. Təxminən 40 ədəd qızılgül alınır.