Sobada balıq döşəməsi terifi ve terkibi - Sobada balıq döşəməsinin hazırlanması
Tərkibi :
(200-300 ml-lik 3 küpə üçün):
300 q balıq filesi (suf, tilapiya, qorbuşa və s.)
500 q kartof
150 q soğan
150 q yerkökü
duz
istiot
mayonez və ya xama
Soğanı xırda doğrayın. Yerkökünü sürtgəcin orta gözündən keçirin. Balığı xırda tikələrə doğrayın. Kartofu lay-lay doğrayın. Küpənin dibinə kartof döşəyin. Azca duzlayın. Üstünə balığı qoyun. Duzlayıb-istiotlayın. Üstünə soğan, onun üstünə isə yerkökünü döşəyin. Üstünə 1-2 x.q. mayonez, yaxud xama qoyun. 30-50 ml su tökün. Küpənin qapağını örtüb sobaya qoyun. 180 dərəcə qızdırılmış sobada 40-60 dəqiqə bişirin.
Hazır döşəmənin üzərinə doğranmış göyərti səpin.