Novruz Süfresi üçün - Səbət

Son güncelleme: 18.03.2012 05:34
  • Səbət terifi ve terkibi - Səbətin hazırlanması

    noimage

    Tərkibi:

    istənilən salat
    bulka
    göy soğan, yaxud tərxun
    kolbasa
    duzlu çöp

    Bu cür tərtibat üçün bir neçə salatdan, xüsusilə də tərkibində kolbasa, yaxud göy soğan olanlardan, istifadə etmək olar.

    Bulkanın üstünü kəsib götürün.
    Kolbasanı nazik doğrayın. Onun ölçüsü bulkadan azca balaca olmalıdır. Onu bulkanın ortasına yerləşdirin. Kənarlarına isə (bulkanın üstünə) 10-12 ədəd duzlu çöp basdırın. Kolbasa dilimi ortada qalacaq. Bu, ondan ötrüdür ki, «səbətin» içinə salat qoyanda bulka islanmasın. Kolbasa yerinə, lazım gələrsə, ərinmiş pendir dilimi də götürə bilərsiniz.

    Göy soğan, yaxud tərxun yarpaqlarını duzlu çöplərin arasından səliqəylə keçirməklə «səbət» toxuyun. Hazır olandan sonra içinə salat doldurun.

    Nuş olsun..
#18.03.2012 05:34 0 0 0