Saçqıranlar üçün ev şeraitində masqalar

Son güncelleme: 23.03.2012 02:16
  • Saç masqaları - Saçlarımza ev şerayitine nece maska qoymaq olar?

    noimage

    1) Qəhvə fincanı qədər mayonezi təzə yuyulmuş saçın ucuna yedirə-yedirə sürtün .Daha sonra başınızı bağlayın.Yarım saat saxlayıb sonra yuyun.Mayonezin içindəki yumurta və yağ saçınızı qidalandırıb yumuşaq edəcək

    2) Yarım paket yaş mayanın içinə 3 yemək qaşığı zeytun yağı ,1 yemək qaşığı bal,2 yemək qaşığı süd qatın.Qarışdırıb quru və təmiz saçlarınıza sürtün.Yarım saat gözləyib sonra yuyun.

    3) 3 yemək qaşığı bala yarım limonun suyunu qatın.Quru və təmiz saçınıza sürtüb yarım saat gozlədikdən sonra yuyun

    4) 1 ədəd bananı əzib çox az zeytun yağı ilə qarışdırın.Quru və təmiz saçınıza sürtüb yarim saardan sonra yuyun .

    5) Saçlarınızı yuduğunuz şampunun içinə 2 çay qaşığı limon suyu qatmaq lazımdır.Bu saçdakı qırıqları azaldır və saçı tez yağlanmağa qoymur
#23.03.2012 02:16 0 0 0