Aygün və Namiq Naxçıvanda konsert verəcək

Son güncelleme:
  • Show Biznes Xeberleri


    noimage

    Xalq artisti Aygün Kazımova növbəti konsert proqramı ilə çıxış edəcək. Bu barədə Lent.az-a məlumat verən müğənninin prodüseri Tarix Əliyev (Tolik) bildirib ki, onların növbəti səfəri Naxçıvana olacaq.

    Aprelin 3-də baş tutacaq konsertdə səhnəyə xalq artisti ilə yanaşı meyxanaçı Namiq Qaraçuxurlu, “Eurovision 2010” təmsilçimiz Safura Əlizadə, Zamiq və Rəqsanə də çıxacaq. Şounun aparıcısı Nanə Ağamalıyeva olacaq. Tolik bildirib ki, konsertdə təşkilatçılar tərəfindən yarışma da təşkil olunacaq. Onun sözlərinə görə, iştirakçılar arasında qalib şəxsə avtomobil hədiyyə ediləcək.
0 0 0