Liviyada qanlı döyüşlər davam edir

Son güncelleme:
  • Xeberler - Azerbaycan xeberleri - Dünyadan xeberler

    noimage

    Liviyada Müəmmər Qəddafi rejimini devirən silahlı qruplar arasında qanlı qarşıdurmalar davam edir. Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu gün paytaxt Tripolidən 120 kilometr qərbdə, Zuara şəhəri yaxınlığındakı Əl-Cumeyl və Reqdalin kəndlərin silahlı qruplaşmalar arasında baş verən döyüşdə ağır silahlardan istifadə olunub. Bir nəfər həlak olub, beş nəfər yaralanıb. Liviya Milli keçid Şurasının döyüşü dayandırmaq səyi nəticə verməyib, döyüş davam edir. Zuara şəhəri paytaxt Tripoli ilə qonşu Tunisi birləşdirən strateji şosse üzərində yerləşir. Buna görə də bu şəhər ətrafında döyüşlərin başlaması ciddi narahatçılıq doğurur.

    Liviyanın cənubunda da vəziyyət gərgin olaraq qalır. Ötən həftə Sebha şəhərində tayfalar arasında baş verən döyüş zamanı 150 nəfər həlak olub, 400 nəfər yaralanıb. Hər gün Liviyanın cənubundan vertolyotlarla onlarla yaralı Tripoliyə gətirilir. Martın sonunda Sebha şəhər aeroportu bağlanıb və hələ də bağlıdır. Tripolidən 750 kilometr uzaqda yerləşən Sebha şəhəri Liviyanın devrilmiş lideri Müəmmər Qəddafinin mənsub olduğu əl-Qaddaf tayfasının üzvlərinin yaşadığı əsas şəhərlərdən biridir.

    Qaynaq:Lent.az
0 0 0