Elnarə Azərbaycanda bahalı klip rekordunu təzələdi - FOTO

Son güncelleme:
  • Show Biznes Xeberleri

    noimage

    Müğənni Elnarə Xəlilova uzun müddət fasilədən sonra yenidən gündəmə gəlib. Lent.az-ın verdiyi xəbərə görə, bu gün mətbuat konfransı keçirən müğənni ..Centilmen.. adlı klipinin təqdimatını edib.

    Müğənni uzun müddət fasilədən sonra qayıdışını belə izah edib: Mən 12 illik sənətimi 4 hissəyə bölürəm. 1-ci hissə Vaqif Gərayzadə ilə çalışdığım, 2-ci solo ifa etdiyim dövr, 3-cü Qan qrupu ilə rok oxuduğum və nəhayət 4-cü qayıdış hissəsi. 4-cü hissədə məni tamamilə başqa Elnarə kimi görəcəksiniz .

    Daha sonra jurnalistlərin suallarını cavablandıran müğənni klipin çəkilişlərindən danışıb. Bildirib ki, sözləri və musiqisi Günel Sərdarqızına məxsus olan Centlilmen - mahnısı Türkiyədə ekranlaşdırılıb. Onun sözlərinə görə, klipin rejissor heyəti indiyədək türk ulduzları Tarkan, Mustafa Sandal, Ajda Pekan, Sibelcan və kimi məşhurlarla iş birliyində olub. Elnarə klipinin 71 min avro qiymətinin olduğunu bildirib: Klipə 71 min avro xərcləmişəm. Amma bu klip mənim üçün qiymətsizdir .
    Qeyd edək ki, müğənnin klipi TMB, TRT, TRT Avaz, Kral TV kimi türk telekanallarında yayımlanacaq.

    Xatırladaq ki, Azərbaycanda indiyədək ən bahalı klip Aygün Kazımova çəkdirib. ..Düşün məni.. mahnısına çəkilən klipin qiyməti 70 min avro olub.

    Jalə


    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage
0 0 0