Sobada hazırlanmış pendirli kartof püresi - Meksika mətbəxi

Son güncelleme:
  • Sobada hazırlanmış pendirli kartof püresi terifi ve terkibi - Sobada hazırlanmış pendirli kartof püresinin hazırlanma qaydası

    noimage

    Sobada hazırlanmış pendirli kartof püresi ( Meksika mətbəxi)

    İstifadə olunan məmulatlar:

    500 qr kartof

    50 qr kərə yağı

    2 ədəd yumurta

    1 ədəd soğan

    200 qr pendir

    Duz

    istiot

    Hazırlanması:

    Kartofu qaynadıb bişirin.Qabığını soyub əzin, üzərinə yağ ( bir çay qaşığı saxlayıb qalanını əlavə edin) , çalınmış yumurta, xırda – xırda doğranmıç soğan, dördkünc formada doğranmış pendir əlavə edin.Duz və istiot ( istiotunu çox etsəniz yaxşı olar)əlavə edib saxsı küpəyə yerləşdirin ( küpənin divarlarını əvvəlcədən yağlayın).Daha sonra üstünə qalan yağı da əlavə edib 30 dəqiqə müddətində orta odda sobada bişirin.

    Nuş olsun..

    Alıntı...
0 0 0