Tarixde Bugün - 7 Aprel

Son güncelleme:
  • Tarixde Bugün - 7 Aprel

    noimage

    7 aprel. İlin sonuna 269 gün qalır

    1789. Sultan I Əbülhəmid vəfat edib

    1906. Cəlil Məmmədquluzadənin rəhbərliyi ilə “Molla Nəsrəddin” jurnalının ilk sayı Tİflisdə işıq üzü görüb

    1918. Yazıçı Bayram Bayramov anadan olub

    1930. Keçmiş SSRİ-də islah əmək düşərgələrinin artırılmasına qərar verilib

    1933. ABŞ-da “Quru qanunu” ləğv edilib. Qanun spirtli içkilərin istehsalı və satışını qadağan edirdi

    1947. Amerikan avtomobil konstruktoru Henri Ford vəfat edib

    1948. Dünya Səhiyyə Təşkilatı təsis edilib

    1957. Nyu-Yorkda sonuncu dəfə trolleybus xəttə çıxıb

    1959. Azərbaycan yazıçılar birliyinin katibi Çingiz Abdullayev anadan olub

    1963. Yuqoslaviya Sosialist Respublikası elan edilib

    1989. SSRİ-yə məxsus “Komsomoles” atom sualtı qayığı Norveç dənizində batıb. Qəzada 42 nəfər həlak olub, 30 nəfər xilas edilib

    1991. Ermənilər Qubadlı rayonu ərazisində yerləşən SSRİ DİN-in daxili qoşunlarının bölməsinə basqın ediblər. Basqın zamanı 2 nəfər (o cümlədən 1 rus zabiti) öldürülüb, 4 nəfər yaralanıb

    1992. Azərbaycan Respublikası İsrail ilə diplomatik əlaqələr qurub

    1993. Brüsseldə Avropa İttifaqı tərəfindən Dağlıq Qarabağa dair bəyanat qəbul edilib

    1994. Qahirədə Azərbaycan və Misir arasında iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında Saziş və konsulluq konvensiyası imzalanıb

    2001. Azərbaycan və Ermənistan prezidentlərinin Ki-Uest sammiti başa çatıb. Prezidentlər Heydər Əliyev və Robert Koçaryan arasında üç gün sürən danışıqlarda konkret nəticə əldə olunmayıb

    2003. Koalisiya qüvvələri Bağdadı tutub

    2005. Azərbaycan və Yunanıstan arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb
0 0 0