Tarixde Bugün - 8 Aprel

Son güncelleme:
  • Tarixde Bugün - 8 Aprel

    noimage

    8 aprel. İlin sonuna 268 gün qalır.

    1548. Peru İspaniya ərazisi elan edilib
    1766. ABŞ-da ilk yanğınsöndürən nərdivan patentləşdirilib
    1881. İspan rəssam Pablo Pikasso anadan olub
    1902. Rusiya və Çin arasında Mancuriyaya dair saziş imzalanıb. Sazişə əsasən, rus qoşunu tədricən bu ərazidən çəkilib
    1935. Keçmiş SSRİ-də 12 yaşdan yuxarı uşaqlar üçün cinayət məsuliyyəti nəzərdə tutulub. Bu yaşda uşaqlara etdiyi cinayətə görə, hətta ölüm hökmü çıxarıla bilərdi
    1938. BMT-nin yeddinci baş katibi Kofi Annan anadan olub
    1940. Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletinin premyerası keçirilib. Bu tarix Azərbaycanda milli baletin başlanğıcı hesab edilir
    1971. Londonda qaraçıların ilk beynəlxalq konqresi baş tutub
    1992. Ağdaban soyqırımı. Ermənilər Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndini tamamilə yandırıb, kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verib. Hücum zamanı 67 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib
    2005. Roma papası II İohan Pavel dəfn edilib
    2009. Azərbaycan prezidenti İlham Əliyevlə Barak Obama arasında telefon danışığı olub...
0 0 0