Azər Axşam - Gördüm ki, artıq alçalıram

Son güncelleme: 08.04.2012 11:20
  • noimage

    Məşhur tele-aparıcı nədən peşmandır?



    Məşhur teleaparıcı Azər Axşam şəxsi həyatı ilə bağlı maraqlı etiraflar edib. Aparıcı Lent.az-a açıqlamasında birinci həyat yoldaşı ilə ailə qurmasının böyük səhv olduğunu bildirib: “Birinci həyat yoldaşımla ailə həyatı qurmağıma nə mənim, nə də onun valideynləri razı idi. Biz özümüz ailə həyatı qurduq. Ona görə həmişə deyirəm ki, hisslərimiz bizi aldadır. Məni ən çox yandıran o oldu ki, valideynlərimə qarşı çıxdım. Fikirləşdim ki, özünü doğruldar. Ailədə kişinin öz, qadının öz yeri var. Ölçüləri itirmək olmaz. Hətta ərin sənin xətrinə dəyibsə, hər hansı bir məqamda sən yenə öz xanımlığını saxlayaraq, ona kişi kimi hörmət etməlisən ki, kişi etdiyi hərəkətdən peşman olsun. Biz onunla 10 il bir evdə yaşadıq. Bunun 6 ilini hər kəs özü üçün yaşadı”.

    Azər Axşam hazırda keçmiş həyat yoldaşı ilə münasibətlərinin olmadığını söyləyib: O, artıq özündən 12 yaş balaca insanla ailə həyatı qurub. İstədim ki, mədəni insanlar kimi ayrılaq, amma o, bunu istəmədi, qəzetlərdə müsahibələr verdi. Anladım ki, bu insanla qocalmaq olmaz. Ayrılmadan öncə bir dəfə gəlib dedim ki, atamın yubileyinə gedirəm, mənimlə gəlsin. Cavab verdi ki, biz daha bir birimizi sevmirik, necə bir yerdə gedə bilərik. Gördüm ki, artıq alçalıram. Rayondan gəlməmişdən qabaq zəng elədim ki, əşyalarımı yığsın. Gəldim gördüm ki, hər şey yığışdırılıb. Fikirləşdim ki, əgər bu addımı atıbsa, deməli artıq qərar verilib.

    Qeyd edək ki, Azər Axşamın birinci evliliyindən 15 yaşlı Cavidan adlı bir oğlu var. İkinci dəfə ailə quran teleaparıcının bu evliliyindən də bir oğlu var.

    Humay
#08.04.2012 11:20 0 0 0