Küncütlü pendir topları terifi ve terkibi - Küncütlü pendir topların hazırlanması
Tərkibi:
bərk pendir
sarımsaq
armud
mayonez
küncüt
Pendiri kubik doğrayın. Sarımsağı təmizləyib özəyini çıxarın (qoxusu güclü olmasın deyə). Blenderdə pendirlə sarımsağı qarışdırın. Mayonez əlavə edib yenə çalın.
Küncütü boşqaba töküb üzərinə istiot səpin, qarışdırın. Pendirli kütlədən toplar düzəldin. Küncütə batırın.
Armudu yarıya bölüb təxminən pendir toplarının diametri boyda yastı dilimlərə doğrayın.
Topları armud dilimlərinin üzərinə qoyun, diş çöpü ilə bərkidin. 20 dəqiqə soyuducuda saxlayın.