Külək əsəcək

Son güncelleme: 19.04.2012 22:58
  • Xeberler - Hava xeberleri

    noimage

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, aprelin 20-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 10-14 dərəcə isti, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

    Azərbaycanın rayonlarına gəlincə, aprelin 20-də bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-15 dərəcə isti, gündüz 21-26 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə isti, gündüz 12-17 dərəcə isti təşkil edəcək.
    Milli Hidrometeorologiya Departamenti tibbi-meteoroloji proqnozu da açıqlayıb. Aprelin 19-u axşam Abşeron yarımadasında atmosfer təzyiqinin normadan aşağı olması və aprelin 20-də xeyli yüksəlməsi meteohəssas insanlarda diskomfort hissi yaratsa da, aprelin 21-22-də əlverişli temperatur şəraiti və meteoroloji amillərin normal sutkalıq gedişi müsbət amildir.

    Qaynaq:Lent.az
#19.04.2012 22:58 0 0 0