Sənə bir sirr verim,sən onu unuda bilməyəcəksən

Son güncelleme:
  • Sənə bir sirr verim..sən onu unuda bilməyəcəksən - Sevgi

    Səhər oyanmaq istəməyəcəksən ilk günlər
    yemək yeyə bilməyəcəksən
    boğazına ayrılıq ilişdi çünki…
    Gündə milyon dəfə telefona baxacaqsan
    boş bir cümlə gözləyəcəksən hər hansı bir dildə olması belə lazım olmayan…
    Bağışlamayacağam onu deyərkən bağışlayacaqsan ..
    Ən çox əllərinimi qoxusunumu darıxdığını bilməyəcəksən heç
    küçədə gördüyün hər kəsi ona bənzədəcəksən !

    Qopuq anların olacaq həyatdan
    kimi nəyi düşündüyünü bilmədiyin…
    Hər kəs sənə bir sirr verərmiş kimi bir gün onu unudacağını söyləyəcək
    Qorxacaqsan küsəcəksən hamıdan…
    Daha kinli olacaqsan

    Hər şeyə kədərlənəcəksən;
    küçədə qalan uşaqların aclıqdan ölən insanları sanki ilk dəfə
    fərqinə varırmış kimi içinə oturacaq hər haqsızlıq…
    Sonra ağrına alışacaqsan sevəcəksən ağrını
    ondan qalan tək həqiqətə sarılacaqsan !….
    Öyrənəcəksən digər insanlar kimi yaşamağı
    hər kəs öyrənər çünki
    hər kəs gizləyər ağrısını, biləcəksən !…
    Yatmadan əvvəl hər gecə saçlarını öpdüyün o anı xatırlayacaqsan
    gözyaşların yığılacaq boğazına udqunamayacaqsan

    Görüşdüyünüz yerlərə getmək təsəllin olacaq
    Getmədiyində canın ağracaq gedəndə də ürəyin qanayacaq…
    Səbəbsiz sevməyə başlayacaqsan sevdiyi hər şeyi
    səbəbsiz nifrət edəcəksən onu üzən şeylərdən…
    Ümidsizlik dolduracaqsan ciblərinə
    daşacaq…

    Və sənə bir sirrdə mən verim
    onu heç unuda bilməyəcəksən…

    O bəzən peşman olacaq
    səndə buraxdıqlarına üzüləcək ağlayacaq bəlkə bəzən…
    Səni xatırlayacaq hərdənbir
    Əli telefona gedəcək istəmədən…
    Amma səni bir daha heç sevməyəcək;
    daha əvvəl sevmədiyi kimi…

    Yenə də dönəcək bir gün. qalmaq üçün deyil səni necə yıxdığını görmək üçün !..
    hər insan izləmək istər uğruna ölən birini…

    Alıntı..
0 0 0
  • çox gözəldi. əllərin dərd görməsin
0 0 0
  • Saolasam canım menim...beyenen o güzel üreyine...sağlıklar dilerim...Teşekkürler üreg dolsu..
0 0 0